Telefon: (012) 478-29-21; (055) 300 06 73
E-poçt: dtsera_ushag_rm2@sosial.gov.az
Ünvan: Bakı şəh., Suraxanı ray.,Yeni Günəşli qəs., Abbas Fətulla küç.,29A
Direktor: Eyvazov Şaban Hümmət oğlu
2 nömrəli Uşaq Reabilitasiya Mərkəzi tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirir.
Mərkəz müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilmişdir. Bunlara ən müasir rentgen aparatı, elektroensefaloqrafiya aparatı, elektrokardioqrafiya aparatı, elektromioqraf aparatı, ultrasəslə müayinə aparatı, spiroqraf, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar.
Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.
Reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya kinezoterapiya (müalicəvi bədən tərbiyəsi), fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elekrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası, əl əməyi işi və s. aiddir.
Tədris-peşə reablitasiyası Mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası aparılmaqla 18 yaşadək əlilliyi olan şəxslərə xüsusi əmək vərdişləri aşılanır. Çoxlu sayda 18 yaşadək əlilliyi olan şəxs müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər.
Mərkəzdə reabilitasiya xidməti alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur.