Reabilitasiya xidmətləri

Əlilliyi olan şəxslərin reabilitasiya xidməti üçün növbəyə alınması proseduru

Addım 1.

Addım 1.

Əlilliyi olan şəxs və ya qanuni nümayəndəsi əlilliyi olan şəxsin yaşadığı ərazi üzrə tək şəxsiyyət vəsiqəsi ilə Tibbi - Sosial Ekspertiza Kommisiyalarına müraciət edərək yataq fondunun doluluq vəziyyətinə əsasən istədiyi tarixə rezervasiya formalaşdırır.

Rezervasiyası formalaşdırılan Əlilliyi olan şəxs (Bundan sonra - ƏOŞ) və ya qanuni nümayəndəsinin  işlək mobil telefon nömrəsinə reabilitasiya xidmətinə gedəcəyi tarix və mərkəz üzrə sms bildiriş göndərilir. ƏOŞ-un reabilitasiya mərkəzinə  qəbul ediləcəyi tarixə ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir.

 

 

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi

Addım 2.

Addım 2.

Reabilitasiya Altsistemi üzərindən rezervasiyası formalaşdırılan ƏOŞ rezervasiya tarixi üzrə reabilitasiya mərkəzinə yaxınlaşır və reabilitasiya xidmətinə başlanılır.

 

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi

*Diaqnoza əsasən əlavə müayinə sənədləri tələb oluna bilər.

Reabilitasiya - Əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasıdır.

Tibbi reabilitasiya - Orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemidir.

  • Dəri üzərindən soyuq-isti tətbiqi   
  • Dərin qızdırıcılar 
  • Elektroterapiya   
  • Ultrasəs terapiya
  • Laborator xidmətlər
  • Stimulasiya müalicəsi 
  • Hidroterapiya
  • Masaj
  • Müalicəvi bədən tərbiyəsi

Sosial-psixoloji reabilitasiya – ƏOŞ-lərin pozulmuş fiziki və psixi sağlamlığın bərpasına, düzəldilməsinə və ya kompensasiya edilməsinə yönəlmiş psixoloji və sosial tədbirlər sistemidir. Biopsixososial modelə əsaslanaraq, reabilitasiya müəssisələrimizdə ƏOŞ-lərin reabilitasiyasına eyni zamanda hərtərəfli – tibbi, psixoloji, sosial və ictimai nəzəri nöqtələrdən yanaşması tətbiq olunur.

Sosial-psixoloji reabilitasiyanın əsas məqsədləri

a) psixi sağlamlığı və effektiv sosial davranışı bərpa etmək;

b) ƏOŞ-lərə xəstəliklərini və həyat məhdudiyyətlərini adekvat qiymətləndirməkdə və qəbul etməkdə köməklik göstərmək;

c) mövcud olan fiziki və psixoloji imkanların vasitəsilə həyata uyğunlaşmaqda köməklik etməkdir.

Sosial-psixoloji reabilitasiya çərçivəsində göstərilən xidmətlər:

  • Psixoloji diaqnostika;
  • Psixoloji xidmətlər: konsultasiya, korreksiya, psixoterapiya, psixoloji treninq, qrup terapiyası;
  • Loqopedik müayinə və korreksiya;
  • Sosial-pedaqoji fəaliyyət;
  • Sosial-psixoloji maarifləndirmə və profilaktika;
  • Əmək terapiyası, erqoterapiya;
  • Mədəni-kütləvi tədbirlər.

Abilitasiya - əlilliyi olan şəxsin formalaşmamış fiziki və psixi funksiyaların və bacarıqların əldə edilməsinə kömək edən prosesdir.