Müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.
Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs.
Şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir.
• Azərbaycan vətandaşları;
• Əcnəbilər (daimi yaşayış hüququ olan);
• Vətandaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
• Göndərişin (Forma 88) tərtib edilməsi üçün vətəndaş səhiyyə müəssisəsinə müraciət etməlidir;
• Səhiyyə müəssisəsi tərəfindən göndəriş (Forma 88) tərtib olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik altsisteminə ötürülür;
• Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra adsızlaşdırılır və Tibbi - Sosial Eksperiza Komissiyasına (TSEK) göndərilir;
• TSEK tərəfindən vətəndaş-məmur təması olmadan forma 88-də qeyd edilən tibbi məlumatlara əsasən əlilliklə bağlı qərar verilir;
• Əlilliklə bağlı qərar şəxsin mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir.
Əlilliyin qiymətləndirilməsi qaydası Səhiyyə müəssisələri tərəfindən göndərilən Forma 88 (Göndəriş) əsasında aparılır.
Göndərişlər (Forma 88) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin müvafiq tibb müəssisələri tərəfindən verilir.
Əlilliyin qiymətləndirilməsi üçün göndərişi (Forma 88) sistemə daxil etmə səlahiyyətinə sahib olan tibb müəssisələrinin siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz.
Göndəriş səhiyyə müəssisəsinin həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilir.
Göndəriş verilməsi üçün əsas aşağıdakılardır:
• Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;
• Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması;
• Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi;
• Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (bundan sonra - TSERAS) ötürülür.
Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi - Sosial Ekspert Komissiyasına göndərilir.
Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5-dən (beş) çox olmamaq şərtilə bir neçə Tibbi Sosial Ekspert Komissiyasına (bundan sonra - TSEK) göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Agentlik) ötürülür.
TSEK, 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
Tibbi-Sosial Ekspert Komissiyaları (bundan sonra - TSEK) 10 (on) iş günündən çox olmamaqla, göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
Göndəriş natamam və ya yanlış doldurulduqda, Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi - Sosial Ekspert Komissiyaları alt sistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, bu barədə bildirişi alt sistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir.
İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edir. Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir.
Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:
1. Ümumi səbəblərdən:
• Ümumi xəstəlik;
• İstehsalat zədəsi;
• Peşə xəstəliyi;
• Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
• Hərbi xidmət dövrü ilə əlaqədar;
• Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
• Terror hadisəsi ilə əlaqədar;
2. Xüsusi səbəblərdən:
• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə
əlaqədar;
• 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
• Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
• Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
01.07.2022-ci il tarixdən
Əlillik dərəcə ilə deyil, orqanizmin funksiyalarının pozulması faizi ilə qiymətləndiriləcəkdir.
81-100%
61-80%
31-60%
Yeni meyarlara əsasən SİM anlayışı aradan qaldırılır. Digər şəxslərdə olduğu kimi uşaqlara da faizlə əlillik müəyyən ediləcək.
18 yaşınadək əlillik müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə qulluğa görə təqaüd əvvəlki qaydada ödənilir.
Xeyr. İnsanlar ödənişlərini əlillik müddətinin sonuna qədər alacaqlar.
1 il, 2 il, 5 il və müddətsiz müəyyən olunacaq.
a) Əlilliyə əsas verən xəstəlik və ağırlaşmaların siyahısı genişləndirilib;
b) İki fərqli xəstəlik olduqda yüksək faizə əlavə olaraq 10 % əlavə etmək imkanı yaradılıb;
c) Faiz aralıqlarında olan diapazonlar daha detallı, ədalətli və obyektiv qiymətləndirməyə imkan verəcək;
d) Uşaqlarla bağlı geridönməz hesab olunan xəstəliklərə istənilən yaşdan ömürlük əlillik müəyyən olunacaqdır (indiyədək 18 yaşadək SİMU təyin olunurdu) və s.
Əlillik müəyyən edilmir, yalnız istehsalat zədəsi və peşə xəstəlikləri hallarında peşə-əmək qabiliyyətinin itirilməsi faizi müəyyən olunacaqdır.
Bütün proseslər Əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada təmin ediləcək.
Bu tipli suallara konkret cavab verilməsi mümkün deyildir. Bununla bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunur.
7 əsas həyat fəaliyyəti kateqoriyası var;
1. özünəqulluq bacarığı;
2. sərbəst hərəkətetmə bacarığı;
3. istiqamət seçmə bacarığı;
4. ünsiyyət bacarığı;
5. davranışına nəzarətetmə bacarığı;
6. öyrənmə bacarığı;
7. əmək fəaliyyəti bacarığı.
3 məhdudlaşma dərəcəsi var;
a)I dərəcə
b)II dərəcə
c)III dərəcə
Bəli edir. Hər hansı bir kateqoriya üzrə məhdudlaşmaya əsasən aşağıdakı faizlər müəyyənləşdirilir:
İnsanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, gündəlik məişət fəaliyyəti ilə məşğul olması, o cümlədən şəxsi gigiyena bacarıqları nəzərdə tutulur.
Tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etdikdə özünəqulluq bacarığı I dərəcə məhdudlaşmış hesab olunur.
Mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etdikdə özünəqulluq bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
Kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması halında
Ətraf mühitdə sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı nəzərdə tutulur.
Tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı I dərəcə məhdudlaşmış hesab olunur.
Mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
Sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması halında sərbəst hərəkətetmə bacarığı III dərəcə məhdudlaşmış hesab olunur.
Ətraf şəraitin adekvat şəkildə qavranılması, olduğu və yönəldiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı nəzərdə tutulur.
Yalnız öyrəşdiyi vəziyyətlərdə və yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamət seçmə bacarığı I dərəcə məhdudlaşmış hesab olunur
Mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamət seçmə bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
İstiqamət seçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə və nəzarətinə daimi ehtiyacın olması halında istiqamət seçmə bacarığı III dərəcə məhdudlaşmış hesab olunur.
Məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla əlaqə qurulması bacarığı nəzərdə tutulur.
Məlumatın qəbulu və ötürülməsi tempinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı; eşitmə orqanının hissəvi zədələnməsi zamanı - qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edilməsi halında ünsiyyət qurmaq bacarığı I dərəcə məhdudlaşmış hesab olunur.
Mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edilməsi halında ünsiyyət qurmaq bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
Ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması halında ünsiyyət qurmaq bacarığı III dərəcə məhdudlaşmış hesab olunur.
Özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı nəzərdə tutulur.
Davranışına nəzarət etmə bacarığının mütəmadi olaraq məhdudlaşması və ( və ya ) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sferalarını əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinlik olarsa davranışına nəzarət etmə bacarığı I dərəcə məhdudlaşmış hesab olunur.
Öz davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünü idarə etmə halında davranışına nəzarət etmə bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
Davranışına nəzarətetmə bacarığının olmaması, özünü idarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə (nəzarətinə) ehtiyacın olması halında davranışına nəzarət etmə bacarığı III dərəcə məhdudlaşmış hesab olunur.
Bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən, peşəkar, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən biliklərin gündəlik həyatda tətbiq edilməsi bacarığı nəzərdə tutulur.
Psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və qanunla müəyyən edilən digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq halında öyrənmə bacarığı I dərəcə məhdudlaşmış hesab olunur.
Psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və qanunla müəyyən edilən digər müəssisələrdə köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq halında öyrənmə bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
Yalnız elementar bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində elementar məqsədyönlü hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək burada qeyd edilən bacarıqları qavramaq çətinliyinin olması halında öyrənmə bacarığı III dərəcə məhdudlaşmış hesab olunur.
İşin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı nəzərdə tutulur.
İş həcminin, yükünün, gərginliyinin və peşəkarlığının azaldılması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində elementar əmək fəaliyyətini həyata keçirməyin mümkünlüyü halında əmək fəaliyyəti bacarığı I dərəcə məhdudlaşmış hesab olunur.
Uyğunlaşdırılmış əmək şəraitində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətinin yerinə yetirilməsi halında əmək fəaliyyəti bacarığı II dərəcə məhdudlaşmış hesab olunur.
Orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək elementar əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirilməsi halında əmək fəaliyyəti bacarığı III dərəcə məhdudlaşmış hesab olunur.
Dövlət tibb müəssisələrinin həkim-məsləhət komissiyası tərəfindən müəyyənləşdirilir və Forma 88-də qeyd olunur.
Xəstəliyin xüsusiyyətindən, ağırlıq dərəcəsindən asılı olaraq, bir və ya bir neçə HFK eyni və ya fərqli məhdudlaşma dərəcəsinə malik ola bilər.
Konstitusiyaya əsasən 15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilə bilməz. Bu səbəbdən 15 yaşadək şəxslərdə əmək fəaliyyəti bacarığı qiymətləndirilmir.
Ən ağır məhdudlaşma dərəcəsi III dərəcə, ən yüngül məhdudlaşma dərəcəsi isə I dərəcədir.
Xeyr, əlillik təyinatı üçün müraciət etməkdə proses olaraq heç bir dəyişiklik olmayacaqdır.
Bəli, sonrakı mərhələdə, əlilliyə görə müəyyən olunmuş sosial ödənişlər əlilliyin faizinə uyğunlaşdırılacaqdır.
Ümumi və xüsusi səbəblər üzrə əlilliyin qiymətləndirilməsi eyni qaydada aparılacaqdır.
Xeyr, burada bütün bədənin funksiyalarının pozulmasından söhbət getmir, hər hansı bir orqanın funksiyasının 100% pozulması nəzərdə tutulur. Məsələn, görmənin tam itirilməsi məhz görmə funksiyasının pozulmasını ehtiva edir.
İstehsalat zədəsi və peşə xəstəliyi istisna olmaqla bir neçə əlillik səbəbi olduqda ən yüksək sosial təminat hüququ yaradan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi seçilir.
Vətəndaşlar əyani qəbula qeydiyyat üçün:
• www.dtsera.az elektron səhifəsinə daxil olaraq onlayn növbə götürərək müraciət etməlidirlər;
• Əgər vətəndaş onlayn növbə götürməkdə çətinlik çəkirsə, +99499 819-19-23 whatsapp nömrəsinə fərdi məlumatlarını (1. ad, soyad, ata adı; 2. ŞV-in fin kodu və seriya nömrəsi; 3. Müraciət səbəbi; 4. Diaqnoz; 5. Əlaqə telefonu) göndərməklə, onlayn növbə götürməkdə Agentliyin əməkdaşlarının yardımından istifadə edə bilər.
• "142" Çağrı Mərkəzinə;
• dtsera@sosial.gov.az elektron ünvana;
• Yazılı müraciət əsasında DTSERA-nın qəbul şöbəsinə;
• Yerli TSEK-lərə yaxınlaşmaqla;
• DOST mərkəzlərinə müraciət etməklə;
• Narazılığı davam etdiyi təqdirdə məsələni hüquqi müstəvidə məhkəmə qaydasında həll etməklə.