Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı

1.  Hərəkətlilik üçün reabilitasiya vasitələri

 

  • Yuxarı ətraf protezləri:
  • şin-dəri və ya modul tipli yuxarı ətraf protezi;
  • yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmaqla);
  • yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmamaqla);
  • yuxarı ətraf işçi protezi;
  • kosmetik yuxarı ətraf protezi;
  • yuxarı ətraf üçün ehtiyat protezləri.
  • yuxarı ətraf protezləri üçün kosmetik üzlüklər;
  • yuxarı ətraf protezləri üçün silikon içlik;
  • yuxarı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə;
  • rezin yanlıqlı ayaqqabı;
  • taxma ucluq - maqqaş;
  • taxma ucluq - mişar dəstəyi;
  • taxma ucluq - ikiqat halqa;
  • taxma ucluq - çəkic;
  • taxma ucluq - iskənə;
  • taxma ucluq - qələm;
  • taxma ucluq - qarmaq;
  • taxma ucluq - kerner;
  • taxma ucluq - mişar üçün;
  • taxma ucluq - qayçı;
  • taxma ucluq - məngənə;
  • taxma ucluq - universal sıxac;
  • taxma ucluq - açar dəsti üçün;
  • taxma ucluq - ütü üçün;
  • elastik bint.
  • şin-dəri və ya modul tipli aşağı ətraf protezi;
  • yüksək texnologiyalı aşağı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmaqla);
  • yüksək texnologiyalı aşağı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmamaqla);
  • pəncə protezi;
  • aşağı ətraf üçün ehtiyat protezləri.
  • bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.);
  • baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.);
  • aşağı ətraf protezləri üçün silikon içlik;
  • dermo corab;
  • aşağı ətraf protezləri üçün kosmetik üzlüklər;
  • elastik bint;
  • bud protezi üçün bandaj;
  • baldır protezi üçün bandaj;
  • aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə;
  • protez üçün ayaqqabı.
  • sadə və ya mürəkkəb ortopedik ayaqqabı;
  • ortopedik başmaq.
  • ortopedik ayaqqabılar üçün korreksiyaedici içlik-supinator;
  • ortopedik ayaqqabılar üçün korreksiyaedici içlik-pronator;
  • tvister.
  • baş ortezi (obturator).
  • sərt korset (bədən, boyun üçün);
  • korreksiyaedici bandaj, yumşaq korset;
  • reklinator.
  • şin-dəri, polimer və ya sintetik qatran tərkibli yuxarı ətraf üçün ortopedik aparat;
  • karbonla hazırlanan yuxarı ətraflar üçün ortopedik aparat;
  • yuxarı ətraf üçün bandaj;
  • yuxarı ətraf tutoru.
  • şin-dəri, polimer və ya sintetik qatran tərkibli aşağı ətraf üçün ortopedik aparat;
  • karbonla hazırlanan aşağı ətraflar üçün ortopedik aparat;
  • yüksək texnologiyalı aşağı ətraf üçün ortopedik aparat (elektron komplektləşdiricilərdən istifadə olunmaqla);
  • aşağı ətraf üçün bandaj;
  • aşağı ətraf tutoru.
  • Təkərli oturacaqlar:
  • universal mühərrikli təkərli oturacaq;
  • əlavə fiksasiyası (dəstəkləyici) olan mühərrikli təkərli oturacaq;
  • qapalı məkanda (otaqda) istifadə üçün universal mexaniki təkərli oturacaq;
  • əlavə fiksasiyası (dəstəkləyici) olan qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq;
  • açıq məkanda istifadə üçün universal mexaniki təkərli oturacaq;
  • əlavə fiksasiyası (dəstəkləyici) olan açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq;
  • sanitar-təchizatlı təkərli oturacaq.
  • təkərli oturacağın təkan çarxının üzlüyü;
  • mühərrikli təkərli oturacaqların akkumulyatoru;
  • isti örtük.
  • əsa (təkdayaqlı);
  • əsa (çoxdayaqlı);
  • qoltuqaltı ağac (təkdayaqlı);
  • qoltuqaltı ağac (çoxdayaqlı);
  • dirsəkaltı ağac (təkdayaqlı);
  • dirsəkaltı ağac (çoxdayaqlı).
  • əsalar, qoltuqaltılar, dirsəkaltılar və dördayaqlı hərəkət çərçivəsi üçün rezin ucluq.
  • şaquli, tənzimlənən çərçivə (statik vertikalizator);
  • dördayaqlı dayaq hərəkət çərçivəsi/vasitəsi (volker);
  • gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator);
  • hərəkətli qaldırıcı qurğu;
  • ayaq əyriliyi breketləri;
  • yıxılma detektorları;
  • çarpayı üçün dayaqlar.
  • vanna otağı üçün mühəccər/tutacaq;
  • tualet otağı üçün mühəccər/tutacaq;
  • daşına bilən panduslar.

 

2.  Özünəqulluq üçün reabilitasiya vasitələri.

 

  • Duş/hamam otağı üçün stul və ya kətil.
  • Tualet kreslosu.
  • Hopdurucu bez.
  • Hopdurucu mələfə.
  • Kolostoma torbası.
  • Urestoma torbası.
  • Kateterlər.
  • Tənzimlənən çarpayılar.
  • Süd vəzi protezi.
  • Ortopedik döşəkçə.
  • Ortopedik döşək.
  • Ortopedik yastıq.
  • Kompression və ya venoz corab.
  • Kompression və ya venoz kalqotka.
  • Kompression və ya venoz qolfi.
  • Geyinmə, soyunma və tutmaq üçün köməkçi vasitələr.
  • Tutacaq (kiçik əşyaları götürmək üçün).
  • yapışqantəmizləyən salfet;
  • yapışqantəmizləyən sprey;
  • krem;
  • absorbsiya tozu;
  • iyi neytrallaşdıran sprey;
  • təmizləyici salfet;
  • süd vəzi büsthalteri.

3.  Görmə üçün reabilitasiya vasitələri

 

  • Brayl vasitələri:
  • Brayl əlifbası ilə yazılmış saat;
  • Brayl sistemi ilə yazı üçün cihaz.
  • Brayl sistemi ilə yazı üçün daş qələm (qrifel);
  • qabarıq-nöqtəli şriftlərlə yazı üçün kağız;
  • Brayl əlifbası;
  • Brayl əlifbası lövhəsi.
  • optik böyüdücülər (lupalar daxil);
  • ekran oxuyucuları (skrinriderlər);
  • danışan kitab;
  • səsli tonometr;
  • səsli termometr;
  • ağ əsa.

4.  Eşitmə üçün reabilitasiya vasitələri

 

  • Eşitmə aparatları:
  • eşitmə aparatı.
  • eşitmə aparatı üçün batareyalar;
  • eşitmə aparatı üçün qulaqlıq.
  • eşitmə cihazı/FM sistemləri;
  • işıq/səs/vibrasiya ilə həyəcan siqnal cihazı.

5. Ünsiyyət üçün reabilitasiya vasitələri

 

  • ünsiyyət lövhələri/kitabları/kartları;
  • fərdi həyəcan-siqnalizasiya sistemləri;
  • səs protezi (səs aparatı).

6.  Digər reabilitasiya vasitələri

 

  • minik avtomobili.

 

Reabilitasiya vasitələrinin təminatı ilə bağlı digər məlumatlarla aşağıdakı linkə daxil olaraq daha ətraflı tanış ola bilərsiniz.

 

https://e-qanun.az/framework/46499