Prezident İlham Əliyevin Fərmanı ilə 1 iyul 2024-cü il tarixindən etibarən barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.Bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi şəhadətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların:
• sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);
• sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);
• dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);
• həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
yekun tibbi müayinəsi aparılır.
Həqiqi hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi necə aparılır?
• Hərbi xidmətə yararlılıq haqqında «B», «C», «Ç» və «D» kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Hakim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS (Vahid Elektron İnformasiya Sistemi) üzərindən göndəriş (Forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün Agentliyin "Vətəndaşların qəbulu" altsisteminə ötürülür.
• Sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağınşçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir.
• Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir.
• Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
Şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmayan vətəndaş Apellyasiya Şurasına müraciət edə bilər. Apellyasiya Şurasının tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məsul şəxsləri daxildir. Şura müraciət əsasında çağırışçı barədə yekun qərar qəbul edir.