Telefon: (012) 454-72-86; (012) 454-76-92
E-poçt: dtsera_mardakan_rm@sosial.gov.az
Ünvan: Mərdəkan qəs., R.Qasımov küç., 9
Mərdəkan Reabilitasiya Pansionatı əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərən bir müəssisədir.
Pansionatın məqsədi əlilliyi olan şəxslərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları tibbi,sosial ,peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılması istiqamətində işlər görməkdir. Müəssisə 1,2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 150 çarpayılıqdır.
Pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümumiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayır və təcrübədə tətbiq edir.