Telefon: (022) 352-15-99
E-poçt: dtsera_naftalan_rm@sosial.gov.az
Ünvan: Naftalan şəh., Nizami Gəncəvi küç. 55
Direktor: Qurbanov Samir Şıxı oğlu
Naftalan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi, sosial-psixoloji reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.
Mərkəz Naftalan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial-psixoloji, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 25 çarpayılıqdır.