Telefon: 077 489 90 04; 077 489 90 05
E-poçt: dtsera_poirm@sosial.gov.az
Ünvan: Bakı şəh., Xətai ray., S.Ə.Şirvani küç., 3
Direktor: Məcidov Asif Durmuş oğlu
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər velo və kresloarabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s.ilə təmin edilirlər.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, digər normativ aktları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarlarını, özünün Nizamnaməsini rəhbər tutur.
Mərkəzdə əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-ortopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əlilliyi olan şəxslərin məlumat bankının yaradılması istiqamətində işlər görülür.
Müəssisə tərəfindən xəstə və əlilliyi olan şəxslərə ambulator, stasionar və səyyar şəkildə protez-ortopedik xidmət göstərilir, reabilitasiya terapiyası, protezləşdirmə və ortezləşdirmə vasitəsi ilə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Mərkəzin stasionarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlilliyi olan şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlilliyi olan şəxslərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir. Mərkəzə rəhbərliyi əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan direktor həyata keçirir.