Qəbələ Uşaq Reabilitasiya Mərkəzi

Telefon: 051-240-37-53
E-poçt: dtsera_gabala_rm@sosial.gov.az
Ünvan: Qəbələ şəh, 28 may küç.

Müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzi 3 dekabr 2021-ci ildə istifadəyə verilib. Mərkəzin məqsədinin tibbi, sosial, əmək reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğu qeyd edilib.

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisədə bölgədəki rayonlar üzrə bu günə kimi 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilib.