Telefon: (012) 560 23 56
E-poçt: dtsera_rrm@sosial.gov.az
Ünvan: Bakı şəh.,6 mkr, M.Kazımovski küç., 134
Respublika Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün nəzərdə tutulan müəssisədir
Mərkəzdə reabilitasiya xidməti alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Müəssisə 1,2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 50 çarpayılıqdır.