Telefon: (012) 459-80-17
E-poçt: dtsera_shagan_rp@sosial.gov.az
Ünvan: Şağan qəs., S.İbrahimova küç. 85
Direktor: Quliyeva Təranə Əmirxan qızı
Şağan Reabilitasiya Pansionatı əlilliyi olan şəxslərin kompleks tibbi, sosial-psixoloji reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.
Pansionatın məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılması istiqamətində işlər görməkdir.
Müəssisə 1,2,3,4 və 5 nəfərlik palatalardan ibarət olmaqla toplam 250 çarpayılıqdır.