Telefon: (055) 300 02 35
E-poçt: dtsera_shamkir_urm@sosial.gov.az
Ünvan: Şəmkir şəhəri, Bakı-Qazax şossesinin sol kənarı
Direktor: Qasımova Yeganə Qədir qızı
Müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Şəmkir Uşaq Reablitasiya Mərkəzi 18 yaşadək əlilliyi olan şəxslərin tibbi, sosial, psixoloji reabilitasiyasını həyata keçirir.
Mərkəz müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilmişdir. Bunlara ən müasir elektrokardioqrafiya aparatı,defibrilyator, ultrasəslə müayinə aparatı, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar. 25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb.
Mərkəzin məqsədi tibbi, sosial, psixoloji reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşadək əlilliyi olan şəxslərin sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları 18 yaşadək əlilliyi olan şəxslərin reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, psixoloji reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.
Reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya kinezoterapiya (müalicəvi bədən tərbiyəsi), fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası, əl əməyi işi və s. aiddir.
Sosial reablitasiya mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası aparılmaqla 18 yaşadək əlilliyi olan şəxslərə xüsusi əmək vərdişləri aşılanır. Çoxlu sayda 18 yaşadək əlilliyi olan şəxslər müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər.