Telefon: (021) 215-14-90, (021) 215-14-92
E-poçt: dtsera_shirvan_rm@sosial.gov.az
Ünvan: Şirvan şəh., Tofiq İsmayılov küç., 24
Direktor: Siracova Mehriban Qəşəm qızı
Şirvan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi, sosial-psixoloji reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.
Mərkəz Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial-psixoloji, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 14 çarpayılıqdır.