Sumqayıt Reabilitasiya Mərkəzi

Telefon: (018) 644-49-65
E-poçt: dtsera_sumgayit_rm@sosial.gov.az
Ünvan: Sumqayıt şəh., Bakı küç. 189, məh. 40

Direktor: Hacıyeva  Pərvanə Zakir  qızı

Sumqayıt Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.

Mərkəz Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. 

Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiya xidməti alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Müəssisə 1 və 2 nəfərlik palatalardan ibarət olmaqla toplam 20 çarpayılıqdır.