Hüseynov Rahim Mahir oğlu 

İdarə Heyəti sədrinin müavini

İdarə Heyəti sədrinin müavini

1985-ci ildə Neftçala rayonunda anadan olub.

2008-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “İdarəetmə” fakültəsini bitirib.

2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə tamamlayıb.

Daha sonra İstanbul Dövlət Universitetinin Beynəlxalq İdarəetmə fakültəsində magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsində başlayıb.

2013–2018-ci illərdə “Azərsun Holdinq” MMC-nin Daxili Audit Qrupunda auditor vəzifəsində çalışıb.

2020–2021-ci illərdə “Avrora” MMC-də auditor kimi fəaliyyət göstərib.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Monitorinq və təhlil şöbəsinin müdiri vəzifəsini icra edib.

2022-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.

2025-ci ilin may ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Evlidir, iki övladı var.