Məhərrəmov Rəşad Əslixan oğlu

Məhərrəmov Rəşad Əslixan oğlu

İdarə Heyəti sədrinin müavini

1986-cı ildə Laçın rayonunda anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinə daxil olub, 2007-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə "Azərsun Holdinq" MMC-də başlayıb, 2008-2012-ci illərdə "Azərsun Holdinq" MMC-də mütəxəssis, bölmə rəhbəri vəzifələrində çalışıb.

2012-2013-cü illərdə "Practical Solutions Group" MMC-də məsləhətçi vəzifəsində işləyib.

2013-2017-ci illərdə "Azerfon" MMC-də məsləhətçi, ekpert və menecer vəzifələrində çalışıb.

2017-2019-cu illərdə  "Azerconnect" MMC-də menecer, departament müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə həmtəsisçisi olduğu "Menecment Mükəmməllik Mərkəzi" MMC-nin idarə olunmasında iştirak edib.

2020-2021-ci illərdə "Veysəloğlu" MMC-də departament müdiri vəzifələrində çalışıb və şirkətin İdarə Heyətində iştirak edib.

2021-ci il 12 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

2022-ci il 19 dekabr tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Bir çox irimiqyaslı layihələrin həyata keçirilməsinə rəhbərlik edib, İnsan Resursları və idarəetmə ilə bağlı bir çox məqalələrin, araşdırmaların, sistemlərin və təcrübələrin müəllifidir.

Evlidir, 1 övladı var.