İdarə Heyəti sədrinin müavini
1969-cu ildə Bakıda anadan olub.
1992-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1992-1998-ci illərdə ATU-nun məhkəmə təbabəti və hüququn əsasları kafedrasının kliniki ordinaturasında, aspiranturasında, Böyük Britaniyanın Dandi və Qlazqo Universitetlərinin ixtisasartırma kurslarında məhkəmə-tibbi ekspertiza üzrə təhsilini davam edib.
1997-ci ildə ATU-da namizədlik, 2004-cü ildə RF-nin səhiyyə və sosial təminat nazirliyinin Ümumrusiya məhkəmə-tibbi ekspertiza mərkəzində (Moskva şəh.) doktorluq dissertasiyasını müdafiə edib. Tibb elmləri doktoru, professordur. 357 elmi işin müəllifidir.
2004-cü ildə BDU-nun Hüquq fakültəsini bitirib. Vaşinqtonda Amerikan Universitetinin Transmilli cinayətkarlıq və korrupsiya mərkəzində kriminal ədliyyə üzrə, Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Prokuror ofisində dəvətli mütəxəssis qismində çalışıb.
1992-1997-ci və 2008-2014-cü illərdə AR SN-nin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyində məhkəmə-tibbi ekspert, 1997-ci ildən ATU-nun məhkəmə təbabəti kafedrasında assistent, dosent və 2010-cu ildən professor vəzifələrində çalışıb.
2005-2011-ci illərdə İTV və AzTV-də həftəlik sağlamlıq proqramlarının müəllifi və aparıcısı olub.
2010-2014-cü illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktorunun müavini, tibbi hüquq və bioetika şöbəsinin müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Heydər Əliyev Mərkəzində Humanitar və sosial layihələr departamentinin direktoru vəzifəsində çalışıb.
2016-2023-cü illərdə Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti olub.
2020-2023-cü illərdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyində Əlillik, Reabilitasiya və Köməkçi Texnologiyalar üzrə milli məsləhətçi vəzifəsində çalışıb.