Rzayev Ramin Alik oğlu

İdarə Heyəti sədri

İdarə Heyətinin sədri

1977-ci ildə Kürdəmir şəhərində anadan olub.
2000-ci ildə Türkiyə Respublikasının Ankara Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində "Mərkəzi Klinika" MMC-də Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri vəzifələrində çalışıb.

2018-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - vəkil kimi fəaliyyət göstərir.
2019-2021-ci illərdə "Azeract Consulting" MMC-də direktor vəzifəsində çalışıb.

2021-ci ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

2025-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.