Bədəlov Asif Arif oğlu

İdarə Heyəti sədrinin müşaviri

1973-cü ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Texniki Universitetin Nəqliyyat fakültəsinin Daşımaların təşkili və nəqliyyat vasitələrinin idarə edilməsi üzrə mühəndis ixtisası ali dərəcə alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2015-ci ildə CİPD (Chartered İnstitute of Personnel Development) bitirib.

Əmək fəaliyyətinə 1999-cu ildən Neft-qaz sənayesində, SOCAR-ın ən iri müəssisələrindən bir olan Bakı Stasionar Dərin Özüllər Zavodunda Hüquqşünas vəzifəsindən başlayıb.

2001 – 2011-ci illərdə  British Petroleum (BP) şirkətinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi“ layihələrində İnsan resurslarının idarə edilməsi departamentində Mütəxəssis, İRİE Supervayzer, İR və Tİ Meneceri, İR,Tİ və İKT Meneceri vəzifələrində çalışıb.

2011 – 2014-cü illərdə Ağac emalı sənayesində, Qafqazın ən iri orta və yüksək sıxlıqlı fiber lövhələr, lamparket və otaqlar arası qapılar istehsalşısı olan AzGroup – AzMDF yerli çoxmillətli şirkətdə İnsan Resursları və İnzibati İdarəetmə Departamentinin direktoru vəzifəsində çalışıb.

2014 – 2016-cı illərdə Birləşmiş Ərəb Əmirliyinin  TROFİNA ME FZC, Həmriyyə FZ, şirkətində İR və İİ Departamentinin Direktoru vəzifəsində çalışıb.

2016 – 2017-ci illərdə Moda sənayesinin lider şirkətlərindən biri olan Sinteks şirkətlər grupunda Qrupun İR Direktoru vəzifəsində çalışıb.

2017 – 2018-ci illərdə Turizm, istirahət və Otelçilik sənayesində, ən sevilən Qış – Yay əyləncə və istirahət məkanlarından biri olan, yüksək xidmət keyfiyyəti ilə fərqlənin Şahdağ otellər qrupuna idarəetmə xidməti göstərən PGİ Azərbaycan (Andorra) şirkətində İnsan Resursları və Təlim departamentinin direktoru vəzifəsində çalışıb.

2018 – 2022 – ci illərdə EKVİTA Consulting şirkətində Təşkilati inkişaf üzrə Direktor/Baş ekspert & Layihə rəhbəri vəzifəsində çalışıb. ƏƏSMN yanında DMX-nin sifarişi ilə 800-dən çox Peşə Kvalifikasiya Standartlarının hazırlanması Layihəsində, Məşğulluğa dəstək Layihəsində (SEP-1 ), BP-nin EDP (Müəssisələrin inkişafı Proqramı) çərçivəsində İRİE sisteminin qurulması layihələrində layihə rəhbəri olub. 

2022 – 2023-cü illərdə Aqrar sənayedə, ölkənin ən böyük pambıq ixracatçısı olan GP Cotton Holdings (MKT İK MMC, MTP və Giltex MMC) şirkətində İR Baş direktor vəzifəsində çalışıb.

2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Evlidir, 3 övladı var.