Gülməmmədov Sahib Azər oğlu

İdarə Heyəti sədrinin köməkçisi

İdarə Heyəti sədrinin köməkçisi

1997-ci ildə Bakı şəhərində anadan olub.

2014-2018-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində təhsil alıb, təhsilini “Fəxri məzun” olaraq fərqlənmə ilə bitirib. Daha sonra Layihələrin idarə olunması üzrə MBA dərəcəsində təhsilini davam etdirib. Bakalavr təhsili aldığı illərdə ictimai fəaliyyətlə məşğul olaraq “Tələbə Xeyriyyə Fondu”nun İdarə heyətinin sədr müavini, eyni zamanda bir sıra tələbə cəmiyyətlərinin rəhbərliyində təmsil olunmuşdur.

2017-2018-ci illərdə bir sıra özəl şirkətlərdə rəqəmsal marketinq meneceri olaraq çalışıb, konsultasiya vermişdir.

2017-2019-cu illərdə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “Milli Debat Proqramı”nın sosial media marketinq meneceri, ictimaiyyətlə əlaqələr üzrə menecer, ictimaiyyətlə əlaqələr və rəqəmsal marketinq üzrə menecer olaraq çalışıb, gənclər sektorunda bir sıra düşərgə, layihə və təlimlərin təşkilatçısı olaraq fəaliyyət göstərmişdir.

2018-2019-cu illərdə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer olaraq çalışmış, inkluziv rəqəmsal həllər, sahibkarlıq və qadın sahibkarlığına dəstək istiqamətli bir çox layihələrin PR və rəqəmsal marketinq fəaliyyətini icra etmişdir.

2019-2020-ci illərdə beynəlxalq “Startup Grind” layihəsinin Bakı bölməsi üzrə PR və sosial media marketinq meneceri olaraq fəaliyyət göstərib.

2020-ci ildən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin ictimai əsaslarla İdarə Heyətinin üzvüdür.

2020-2021-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Gənc sahibkarlarla iş” komitəsinin katibi olmuşdur.

2020-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış Deputat köməkçisi olaraq fəaliyyət göstərib.

2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərir.

Layihələrin idarəedilməsi, Rəqəmsal marketinq, PR və kommunikasiya kimi sahələrdə çoxsaylı təlim və seminarların iştirakçısı olub.