Məmmədov Fuad Hüseynağa oğlu

İdarə Heyəti sədrinin müşaviri

1985-ci ildə Bakı şəhərində anadan olub.
Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb, daha sonra eyni universitetin “Dövlət strukturlarında idarəetmə” ixtisası üzrə magistr pilləsindən məzun olub.
Əmək fəaliyyətinə 2008-ci ildə “Grandmart” MMC-də mütəxəssis olaraq başlayıb. 
2010-2016-ci illərdə “Azərsun Holdinq” MMC və “İntersun Menecment Kompani” MMC-də müxtəlif vəzifələrdə çalışıb.
2016-2020-ci illər ərzində “Sunfood” MMC-də əvvəlcə şöbə müdiri, daha sonra departament müdiri vəzifələrinə təyin olunub.
2020-2023-cü illərdə “Veysəloğlu” MMC və “Mares” MMC-də departament müdiri vəzifəsində işləyib.
2023-cü ildə “Solver” MMC-də icraçı direktor vəzifəsinə təyin edilib.
01.11.2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Proses və layihələrin idarə olunması, strateji idarəetmə və digər peşəkar sahələr üzrə ixtisasartırma təlimlərində və inkişaf proqramlarında iştirak edib. “Microsoft” məhsulları üzrə yüksək ixtisaslaşmış mütəxəssis olmaqla yanaşı, beynəlxalq səviyyədə tanınan ‘Microsoft Certified Trainer (MCT)’ sertifikatına malikdir. 
Müxtəlif mövzularda seminar, konfrans və tədbirlərdə iştirakçı və məruzəçi olaraq iştirak edib, eləcə də data analitika, marketinq, bazar araşdırmaları, idarətmə və digər sahələr üzrə təlim və konsultasiya xidmətləri göstərib. 
Evlidir, 2 övladı var.