Rzayev Bahadur Məhərrəm oğlu

İdarə Heyəti sədrinin müşaviri

1996-cı ildə Bakı şəhərində anadan olub.

2013–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.

2017–2020-ci illərdə İstanbul Universitetində Təşkilatların idarəolunması ixtisası üzrə magistr təhsilini proqram birincisi olaraq başa vurmuşdur.

2018–2019-cu illərdə Almaniyanın Aachen şəhərində yerləşən RWTH-AACHEN Universitetində dissertasiya mövzusunun araşdırılması proqramını uğurla tamamlamışdır.

2019–2022-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır.

2022–2023-cü illərdə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində İngiltərənin Birmingham Universitetində Səhiyyə siyasəti və idarəetməsi ixtisası üzrə ikinci magistr təhsilini ən yüksək ortalama və fərqlənmə ilə tamamlamışdır.

2023-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri vəzifəsində çalışmışdır.

2024-2025-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.

2025-ci ilin aprel ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.

2021-ci ildə keçirilən “I Yüksəliş müsabiqəsi”nin finalçısı olmuş, həmçinin 2023 və 2024-cü illərdə Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumunda məruzəçi kimi çıxış edib.

Reabilitasiya, vətəndaşlara xidmət, səhiyyə sistemi, layihələrin idarəedilməsi və müəssisələrdə ERP sistemlərinin tətbiqi istiqamətində bir çox yerli və beynəlxalq təlim, seminar və konfranslarda iştirak edib.