13.05.2026

1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində vətəndaşlar üçün “Açıq qapı” günü keçiriləcək

ℹ️ 19 may 2026-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində vətəndaşlar üçün “Açıq qapı” günü keçiriləcək. 

Tədbirin məqsədi Mərkəzdə əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri barədə məlumatlılığı artırmaq, vətəndaşlar üçün bu xidmətlərlə yerində tanış olmaq imkanı yaratmaqdır.

🔹“Açıq qapı” günündə iştirak etmək istəyən şəxslər Agentliyin sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.