1 saylı Uşaq Reabilitasiya Mərkəzində Milli Kino günü münasibəti ilə “Balaca Kinomanlar” adlı tədbir keçirilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində 1 saylı Uşaq Reabilitasiya Mərkəzində 2 avqust Milli Kino günü münasibəti ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Balaca Kinomanlar” adlı tədbir keçirilib. Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin edilən sağlamlıq imkanları məhdud uşaqlara Azərbaycan kinosu nümayiş olunub, onlar milli kino və cizgi filmlərin məşhur personajları ilə əyləncəli vaxt keçiriblər. Tədbirin məqsədi uşaqlarda milli kinoya maraq yaratmaq, onların sosial reabilitasiyası və asudə vaxtlarını daha effektiv təşkil etməkdir.