27.10.2021

1 saylı Uşaq Reabilitasiya Mərkəzinin rəhbəri Nərgiz Əliyeva Vətən müharibəsi qazilərinə reabilitasiya və sosial-psixoloji dəstək sahəsində göstərdiyi xüsusi xidmətlərə görə təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin rəhbəri Nərgiz Əliyeva Vətən müharibəsi qazilərinə reabilitasiya və sosial-psixoloji dəstək sahəsində göstərdiyi xüsusi xidmətlərə görə təltif edilib. Nərgiz Əliyeva Dövlət Sərhəd Xidməti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalına layiq görülüb.