25.05.2026

2 nömrəli Uşaq Reabilitasiya Mərkəzi tərəfindən icma əsaslı tədbir təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzi tərəfindən icma əsaslı tədbir təşkil edilib.

"Həmyaşıd dəstəyi" proqramı çərçivəsində Suraxanı rayon Gənclər Evində baş tutan tədbir "Uğur hekayələri" formatında keçirilib. Belə ki, reabilitasiya prosesini uğurla tamamlayan uşaqlar öz hekayələrini digər əlilliyi olan şəxslərlə bölüşərək, onlara dəstək olub. Görüş iştirakçılar arasında təcrübə mübadiləsi və emosional dəstəyin gücləndirilməsi məqsədilə icma səviyyəsində təşkil olunub.

Qeyd edək ki, "Həmyaşıd dəstəyi" proqramının əsas məqsədi əlilliyi olan şəxslərin psixososial adaptasiya bacarıqlarını artırmaq, həmyaşıd mentorlar yetişdirmək, uğurlu reabilitasiya nümunələrini ictimaiyyətə təqdim etməklə, cəmiyyətdə əlilliyə dair müsbət yanaşmanı və maarifləndirmə yolu ilə sosial inteqrasiyanı gücləndirməkdir.