16.04.2025

44 günlük Vətən müharibəsindən sonra 493 hərbçi 610 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sosial dəstək göstərilməsi işlərinin bir istiqaməti də həmin şəxslərin son nəsil protezlərlə təmin edilməsidir.

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.

Eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və artıq 14 hərbçi 15 ədəd idman protezi ilə təmin edilib.

Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq, idman yarışlarında da iştirak edə bilir.