11.03.2025

8,1 min şəxsə əlillik təyin olunub

2  ayın sosial göstəriciləri

Bu ilin yanvar - fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 8,1 min şəxsə əlillik təyin edilib.

Onlardan 3,5 mininə ilkin, 4,6 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.