Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Ağdam rayonunda həmin rayonun və Tərtər rayonunun vətəndaşlarını qəbul edəcək.
Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 6 may tarixinədək "142" Çağrı mərkəzinə zəng edə, dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də, DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.