23.02.2026

Agentlikdə çalışan əmək terapiyası üzrə təlimatçılar üçün “Erqoterapiya” mövsuzunda ixtisasartırma proqramına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışan əmək terapiyası üzrə təlimatçılar üçün Başkent Universiteti ilə əməkdaşlıq çərçivəsində “Erqoterapiya” mövsuzunda ixtisasartırma proqramına başlanılıb.

Onlayn formada təşkil edilən təlimlərdə erqoterapiyanın tətbiq sahələri, metodologiyası, beynəlxalq standartlara əsaslanan qiymətləndirmə mexanizmləri, xəstəliyə uyğun fərdi müdaxilə planlarının hazırlanması və ailələrin reabilitasiya prosesinə inteqrasiyası məsələləri əhatə olunur.

Proqramın əsas məqsədi əməkdaşların peşəkar bilik və bacarıqlarının gücləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Proqramı uğurla başa vuran əməkdaşlar Başkent Universiteti tərəfindən müvafiq sertifikatlarla təltif ediləcəkdir.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Başkent Universiteti arasında 2023-cü ildə imzalanmış Memorandumda reabilitasiya mərkəzlərində göstərilən xidmətlərin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri əksini tapır.