Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilən Vətən müharibəsi iştirakçıları və əlilliyi olan şəxslər üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Agentliyin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə, habelə müharibə əlillərinə göstərilən xidmətlərdən bəhs olunub. Bu kateqoriyadan olan vətəndaşların sağlamlıqlarının bərpası üçün səylərin daim artırıldığı diqqətə çatdırılıb. Tədbir tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.