Bölgələrdə yaşayan daha bir qrup əlilliyi olan şəxsə təkərli
oturacaqlar evlərinə aparılaraq verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə ehtiyac duyduqları reabilitasiya vasitələrinin ünvanlarına aparılaraq çatdırılması işlərini davam etdirir.
Agentlik tərəfindən bu dəfə Göycay, Ucar, Kürdəmir rayonlarının sakinləri olan bir qrup əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları ünvanlara aparılaraq verilib.
Onların bir qisminə istifadə edə bilmək imkanlarına uyğun olaraq mühərrikli təkərli oturacaqlar təqdim edilib.
Təkərli oturacaq verilənlər sırasında Göyçay rayon sakini Bəkirova Anna Abil qızı da var. Bundan əvvəl o, 2018-ci ilin oktyabr ayında təkərli oturacaqla təmin edilmişdi. Lakin bu günlərdə sosial şəbəkələrdə paylaşılan videosujetdə yeni təkərli oturacağa ehtiyac duyduğu nəzərə alınaraq ona evinə aparılaraq yeni təkərli oturacaq verilib. 2015-ci ilin avqust ayında hər iki aşağı ətrafları üçün protezlərlə təmin olunmuş Anna Bəkirova yaxın günlərdə yeni protezlərlə də təmin ediləcək.
Bu ilin ötən dövründə əlilliyi olan şəxslərə 1758 təkərli oturacaq verilib. Onlardan 750-ə yaxını mühərrikli təkərli oturacaqlardır.