Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyİnin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4 kateqoriya üzrə aparılır.
Onların sırasına daxildir:
Çağırışçıların yekun tibbi müayinəsi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndərişə uyğun olaraq e-növbəlillik əsasında aparılır.
Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən onlarla bağlı qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs, elektroensefaloqrafiya (EEQ), exokardioqrafiya (EXO KQ), elektromioqrafiya (EMQ), rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.
Aparılan əyani müayinənin yekunu olaraq qəbul edilən qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.