Cəlilabad rayon sakinlərinin diqqətinə!
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 11 mart tarixinədək "142" Çağrı mərkəzinə zəng edə, dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də, #DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.