16.07.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşınadək əlilliyi olan şəxslərin “Akvarium” əyləncə mərkəzinə ekskursiyasını təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşınadək əlilliyi olan şəxslərin “Akvarium” əyləncə mərkəzinə ekskursiyasını təşkil edib.

Agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən uşaqlar əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.

Bu kimi ekskursiyaların təşkili həmin uşaqların cəmiyyətə inteqrasiyasına, asudə vaxtlarını əyləncəli keçirmələrinə dəstək məqsədi daşıyır.