02.08.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün növbəti master-klas keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün növbəti master-klas keçirilib.

Master-klas 18 yaşınadək əlilliyi olan şəxslərin sosial inteqrasiyası, özünə xidmət bacarıqlarının inkişafı, həmçinin maraqlı vaxt keçirilmələri məqsədilə təşkil edilib.

Agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində bərpa müalicəsi kursu alan 18 yaşınadək əlilliyi olan şəxslər bu dəfəki master-klasda pizza xəmiri açmağı öyrənib, müstəqil şəkildə inqrediyentləri seçiblər. Bu zaman onların bişirmə fəaliyyəti vasitəsilə öyrənmə bacarıqları təşviq olunub.