23.06.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir.

Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostansiyası istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan əlilliyi olan uşaqların ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır.

Fəaliyyətə başladığı gündən 150-dən çox əlilliyi olan uşaq avtobusdan istifadə edib.