Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan şəxslər üçün “Musiqi terapiyası”nın tətbiqinə başlanılıb.
Yeni layihə əvvəlcə pilot olaraq Bakı Reabilitasiya Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetiylə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Mərkəzdə sosial-psixoloji reabilitasiya çərçivəsində əlilliyi olan şəxslərin psixoloji rifahının yüksəldilməsi və onların sosiallaşmasına dəstək məqsədilə kiçik musiqi konserti təşkil olunub.
Musiqi terapiyası psixologiya, tibb, pedaqogika və incəsənət sahələrini özündə birləşdirən, insanların fiziki, emosional və sosial inteqrasiyasının yaxşılaşdırılmasına yönələn sahədir.
Qeyd edək ki, sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində gələcəkdə Agentliyin bütün reabilitasiya mərkəzlərində musiqi terapiyasının tətbiqi nəzərdə tutulur.