17.12.2021

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində "Stressin idarə edilməsi" təlimi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün növbəti təlim keçirilib. Agentliyin 26 həkim-ekspertinin iştirak etdiyi təlim “Stressin idarə edilməsi” mövzusuna aid olub. İştirakçılara stressə davamlılıq, stressə qarşı müqavimət və s. barədə geniş məlumat verilib.