23.06.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Türkiyənin Başkənt Universitetinin nümayəndə heyəti ilə görüş olub

Türkiyənin Başkənt Universitetinin rektoru prof. Dr Ali Haberalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Türkiyənin Başkənt Universitetinin (Başkent Üniversitesi) rektoru prof. Dr Ali Haberalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyi olan şəxslər üçün ölkəmizdə yaradılan müasir reabilitasiya infrastrukturu barədə nümayəndə heyətinə məlumat verib.

O, reabilitasiya xidmətlərinin təşkili və qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün görülən işləri, Agentlik qarşısında duran hədəfləri diqqətə çatdırıb.

A.Bayramov bu sahədə bir sıra qurumlarla, eləcə də qardaş ölkənin müvafiq təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

A.Haberal ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərini yüksək qiymətləndirib. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Başkənt Universiteti arasında reabilitasiya sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının qarşılıqlı faydalı olacağını bildirib.

Görüşdə reabilitasiya sahəsində beynəlxalq təcrübənin və idarəetmə standartlarının tədbiqi, həkim, tibb bacıları, müalicəvi idman təlimatçılarının bilik və bacarıqlarının artırılması məqsədi ilə reabilitasiya müəssisələrində təlimlərin təşkili, Başkənt Universiteti tərəfindən Agentliyin reabilitasiya mərkəzlərində təcrübə proqramlarının tətbiqi və s. sahələrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.