17.05.2025

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Açıq qapı” günü keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Açıq qapı” günü keçirilib.

Tədbirdə Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəbin şagirdləri iştirak ediblər.

Şagirdlər Mərkəzdə əlilliyi olan uşaqlara göstərilən xidmətlər, onların sosial inteqrasiyası, inklüziv mühitin dəstəklənməsi üçün yaradılan şəraitlə tanış olublar.

Maraqlı keçən tədbirlərdə şagirdlərin sualları cavablandırılıb.