Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib.
Mərkəzdə reabilitasiya kursu keçən 18 yaşınadək əlilliyi olan şəxslər üçün təşkil olunan tədbirdə onların əl işlərindən ibarət sərgi nümayiş olunub, musiqili-əyləncəli konsert proqramı təqdim edilib.
Uşaqlara qədim idman növü olan kamandan oxatma nümayiş olunub. Həmçinin 18 yaşınadək əlilliyi olan şəxslərə Mərkəzə gətirilən Qarabağ atının xüsusiyyətləri barədə məlumat verilib. Qarabağ atı ilə tanışlıq uşaqların böyük marağına səbəb olub.
Hazırda Agentliyin tabeliyində Bakı və Qəbələ şəhərlərində olmaqla 3 Uşaq Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Yaxın aylarda Şəmkir rayonunda da uşaq reabilitasiya mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.