Ümümdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarına “Təməl Həyat Dəstəyi” və “Təkmil Həyat Dəstəyi” istiqamətləri üzrə təlimlər keçirilib. TƏBİB-in nəzdində fəaliyyət göstərən “Yeni Klinika”da beynəlxalq mütəxəssislər tərəfindən keçirilən təlimlərin məqsədi reabilitasiya sahəsində təcrübə mübadiləsi və peşəkar kadr potensialının formalaşdırılmasıdır. Təlimlərdə 150-ə yaxın əməkdaş iştirak edib.