Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Məhərrəmovun növbəti onlayn vətəndaş qəbulunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü İradə Rzazadə iştirak edib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və yerindəcə araşdırılıb.
Qeyd edək ki, İctimai şura nümayəndəsinin qəbul prosesində iştirakı vətəndaş müraciətlərinə ictimai nəzarətin təmin olunması, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması baxımından əhəmiyyətli hesab olunur.