03.06.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Abşeron rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Abşeron rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar onlara əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, may ayının əvvəlindən başlanan vətəndaş qəbulları hər həftə keçirilir.