06.10.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Goranboy rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 05 oktyabr 2022-ci il tarixində Goranboy rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, işlə təmin edilmə, əlilliyin gücləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə bağlı müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.