13.05.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov İmişli rayonunda vətəndaşları qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov İmişli rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya ilə bağlı müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb.Bir sıra məsələlər yerindəcə həll olunub.

Ayrı-ayrı vətəndaşların reabilitasiya xidmətlərinə cəlb edilmələri, reabilitasiya vasitəsi ilə təmin olunmaları üçün qeydiyyatı aparılıb.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar onlara əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, may ayının əvvəllərindən başlanan vətəndaş qəbulları hər həftə keçirilir.