Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Sabirabad rayonunda həmin rayondan və Saatlı rayonundan olan vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya ilə bağlı müraciətləri dinlənilib.Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.Ayrı-ayrı vətəndaşların reabilitasiya xidmətlərinə cəlb edilmələri, reabilitasiya vasitəsi ilə təmin olunmaları üçün qeydiyyatı aparılıb. Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar onlara əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.