05.05.2026

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi 2 istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi 2 istiqamət

- ISO 14001:2015 (Ətraf mühiti idarəetmə sistemi), 
- ISO 45001:2018 (Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri)

üzrə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sertifikatlarına layiq görülüb. 

Beynəlxalq ISO standartlarının tətbiqi vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, onların müraciətlərinə operativ reaksiyanın verilməsi, idarəetmədə şəffaflığın təminatı və protez məmulatların istehsalının keyfiyyətinin artırılmasına zəmin yaradır.

ISO sertifikatlarının təqdim edilməsi tədbirində bu sertifikatların fəaliyyətin planlaşdırılmasına, tətbiq edilən təcrübənin davamlı olaraq təkmilləşdirilməsinə, dayanıqlı inkişafa, habelə səmərəli idarəetmə sisteminin formalaşmasına təkan verəcəyi qeyd edilib.