29.10.2021

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində həkim və müalicəvi bədən tərbiyəsi mütəxəssislərinə Avstriyanın ComplexCore+ şirkətinin təlimçiləri tərəfindən 2 günlük nəzəri və təcrübi təlimlər keçirilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı və Sumqayıtda yerləşən Reabilitasiya Mərkəzlərinin həkim və müalicəvi bədən tərbiyəsi mütəxəssislərinə Avstriyanın ComplexCore+ şirkətinin təlimçiləri tərəfindən 2 günlük nəzəri və təcrübi təlimlər keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən təlimlərin məqsədi yerli mütəxəssislərə reabilitasiya sahəsində beynəlxalq təcrübənin öyrədilməsidir. Təlim iştirakçılarına bədən gövdəsi, yuxarı və aşağı ətraflar üçün fiziki hərəkətlər seçmək yolu ilə bərpa terapiyası və məşq prosesini planlaşdırmaq bacarıqları aşılanıb.